METANET AZIZGIZI AZERB. ÜNI. ARASTIRMA GÖREVLISI




Ali Aksüt - Metanet hanim - Secati

MƏTANƏT ƏZİZ QIZI

İYDƏ ÇİÇƏYİŞəhidlərin əziz xatirəsinə ithaf

Üzündə məsumluq, dodağında təbəssüm, əlində iydə çiçəyi. Xəyala dalmışdın. Xəyalında kiminləsə söhbət edir, hərdən iydə çiçəyini qarşıya da uzadırdın. Deyəsən bu bahar çiçəyini kiməsə verir, kiməsə bir bahar yanına qayıdacağını vəd edirdın.
Getdin! Vətəni yağılardan qorumağa, başımız üstəki qara buludları dağıtmağa getdin. Qeyrətinə güvəndik, gücünə arxalandıq. Sən gedən yollara su çiləyib, uğur dilədik.
Gəldin! …Gəlişin yaman oldu bu bahar. Ana ağarmış saçını yoldu, atanın beli büküldü. Xəyalında iyde çiçəyi verdiyin o qız için-için sızladı.
Yola saldıq səni son mənzilə, arzularınla birgə. Ana ağarmış saçını çiyninə tökdü, ata bükülmüş qamətini düzəltdi. Aşıq bir “Ruhani” çal dedilər. Bu hava çalındıqca Dədəm Qorqudun eli haraya çağıran tonqalları qəlbimizdə çatıldı. Səni bu atəşlə yola saldıq. Üzündə inciklik, dodağında qəmginlik, üstünə ələnmiş çiçəklərin içində bir iydə çiçəyi…




Druckbare Version