METANET AZIZGIZI AZERB. ÜNI. ARASTIRMA GÖREVLISI
ÖYKÜ

MƏTANƏT ƏZİZ QIZIBU DÜNYA BİR PƏNCƏRƏ
Sabah onun gedən günu idi. Axşamdan qərarlaşdı ki, ona səmimi olan kim varsa onunla vidalaşsın. Gecə yatmaq da istəmirdi, çünki bir daha ayılmayacağını bilirdi. Səhər tezdən tələsik evdən çıxdı. Bir azdan evdə vay-şuvən qopdu. Onu gətirmişdilər. Bu dünyada sonuncu əzabını çəkərək ölmüşdü.
Tanrı bu dunyaya kimləri nə üçün gətirdiyini bilsədə, hamı kimi o da, nə üçün gəldiyini bilmirdi. Bircə bildiyi şey o idi ki, başqalarının bu dünyada etdiyini və gördüyünü o bacarmır. Niyə bacarmır, onu da bilmirdi. Bircə bilirdi ki, insanlar iki cürdü; yarısü rəhmli, yarısı da zalım. Rəhimli insanlar ona insan kimi yanaşırdı, rəhimsizlərdə qanmaz olduqları üçün ona gülürdü, aşağılayırdı.
Ona rəhm edənin də, onu aşağılayanın da bilmədiyi çox şeylər var idi. Onlar da bilmirdilər Tanrı onları niyə yaratmış, niyə onlara bacarıq vermişdi ki, biri dunyanı dörd əlli tutub mənim desin, biri gündəlik ruzisini əzabla tapsın.
Tanrı yaratdığını bilirdi.
Onu apardilar, torpağın altına qoydular. Torpaq üstə bir şeyi qalmadı; nə pulu, nə malı, nə də övladı. Torpaq üctə qalan bir daş oldu onun da üstünə yazılmış şıkayət:ELƏMİ BAXDI KƏM,
TALEYİ KƏM, BAXTI KƏM.
MƏN FƏLƏYƏ NEYLƏDİM
FƏLƏK MƏNƏ BAXDI KƏM.

Bu dunya ilə vidalaşıb gedəndə sorğu-sual edilmədi, çünki çiynində oturmuş mələklər onun nə xeyir işini, nə də şər işini yaza bilməmişdilər. Onun sorğu-sual dəftəri boş idi. Yəni bu RUH TANRININ Yer üzərində tər-təmiz saxladığı RUH idi. Zamanı çatarkən öz dərgahına götürdü.
Bu dünyası əzablardan yoğrulan o, öz məkanına çatarkən sevindi. Əzablardan qurtulduğuna sevindi., o maddi bədəndən –məhtud qapalı bir məkandan geniş bir məkana gəldiyinə sevindi. Bu sevincini paylaşmaq üçün Yer üzünə şığıdı. Əvvəl öz maddi bədənini ziyarət etdi, baş daşının ustə anasının yazdırdığı bu şikayəti oxuyub onu ovundurmaq üçün evlərinə yollandı. Əzab çəkən məsum qızı görüb, anasına baxmadan qıza sarıldı. Onun əzab çökmüş dodaqlarındakı təbəssümünü donduraraq özü ilə apardı...



Druckbare Version